SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Rəsmi Bakı ermənilərin təxribatını ifşa etdi

Rəsmi Bakı ermənilərin təxribatını ifşa etdi
Bu haber 11 Ekim 2018 - 0:10 'de eklendi ve 10 views kez görüntülendi.
Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində Yerevanda açılan “Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır. Bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Bu barədə “Ölkə.Az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə, Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

“Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir”, – deyə XİN-nin şərhində bildirilir.

Etiketler :
HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə