SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Qalmaqallı məmurun yerinə – YENİ TƏYİNAT

Qalmaqallı məmurun yerinə – YENİ TƏYİNAT
Bu haber 10 Ekim 2018 - 17:47 'de eklendi ve 21 views kez görüntülendi.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov təyinat alıb.

Xalid Ələkbərov daha əvvəl BŞİH-in Şəhər Təsərrüfatı Departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda onun yerinə Ayaz Hüseynov gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) cinayət işi açılıb.

Xatırladaq ki, Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi. 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə