SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında
Bu haber 10 Ekim 2018 - 14:27 'da əlavə olunub və Baxış Sayı 4

Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. 

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri MDB icraiyyə komitəsinin baş katibi Sergey Lebedev deyib. 

“Mən Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə yaxınlaşdığının və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyinin şahidi oldum. Hazırda münaqişə zonasında gərginlik azalıb”, – Lebedev Minskdə jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, hər iki ölkədə gərginliyin azaldılması üçün səlahiyyətli qurumlara müvafiq göstərişlər verilib. 

“Biz ümid edirik ki, iki ölkə rəhbəri bu ilk məzmunlu təmasını davam etdirəcək, bu da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcək”, – Lebedev əlavə edib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə