SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb
Bu haber 10 Ekim 2018 - 13:15 'de eklendi ve 19 views kez görüntülendi.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.

76 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, oktyabrın 10-u, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizinə gözyaşardıcı qaz buraxıb.

Doqquz şagird zəhərlənib. Zəhərlənən şagirdlər Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda şöbədə altı uşaq müalicə alır:

“Biri oğlan, beşı qızdır. Vəziyyətləri stabildir. Uşaqlar qorxublar. Heç bir həyati təhlükələri yoxdur. Hazırda müayinələrdən keçirlər. Lazımi tədbirlər görülür. Bu gün ərzində şagirdlər evə buraxılacaqlar”.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə