SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Sinoptiklərdən hava müjdəsi

Sinoptiklərdən hava müjdəsi
Bu haber 10 Ekim 2018 - 12:59 'de eklendi ve 14 views kez görüntülendi.

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24,  Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək – 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq. Oktyabrın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə