SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Bakıda həyətlər bütün qanunsuz tikililərdən təmizlənəcək

Bakıda həyətlər bütün qanunsuz tikililərdən təmizlənəcək
Bu haber 09 Ekim 2018 - 22:53 'de eklendi ve 27 views kez görüntülendi.

Mən məişət tullantıları ilə bağlı müvafiq göstəriş vermişəm. Bu sahə Bakı şəhərində lazımi səviyyədə tənzimlənmir. Ona görə, vahid bir zəncir yaradılmalıdır – qapıdan ta Balaxanı məişət tullantılarının emalı zavoduna qədər. Ona görə, indi müvafiq qurumlar bu məsələ ilə bağlı təkliflər hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə binaların həyətlərinin abadlaşdırılması barədə göstəriş verilib:

“Orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”, – deyə, İ. Əliyev bəyan edib.

www.Sizinxeber.az

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə