SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi

Trampın Qarabağla bağlı fikirlərinə aydınlıq gətirildi
Bu haber 09 Ekim 2018 - 22:45 'da əlavə olunub və Baxış Sayı 10

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarışı imkanlarını görür.

Oxu.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib. 

“Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, ötən il Azərbaycanda keçirilən seçkilər və may ayında Ermənistanda baş verən hadisələrdir. ABŞ prezidentinin müraciəti onunla bağlıdır ki, o, hər iki ölkədə Qarabağ münaqişəsinin nizamlanmasında yeni həllərin axtarılmasına kömək edəcək yeni impuls və əhval-ruhiyyə görür. Bu, ümid müraciətidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp Ermənistanın müstəqillik günü münasibəti ilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yaxın aylarda Qarabağ nizamlanması üçün yeni imkanların açılacağını bildirib. 

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə