Ev İdman Reynaldo Bakıya gəldi – FOTO

Reynaldo Bakıya gəldi – FOTO

Baxış Sayı 26
0
Reynaldo Bakıya gəldi – FOTO
Reynaldo Bakıya gəldi – FOTO

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo dos Santos Silva Azərbaycana gəlib.

Oxu.Az-ın xəbərinə görə, hazırda Qazaxıstanın “Aktobe” klubunda çıxış edən braziliyalı futbolçu dünən axşamdan Bakıdadır.

Onu hava limanında “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev qarşılayıb. Hətta braziliyalı Əliyevə “Aktobe”də çıxış etdiyi formasını bağışlayıb.

Əldə etdiyimiz məlumata görə, Reynaldo Bakıya üç günlük gəlib. O, yığmaların UEFA Millətlər Liqasında oynamasından istifadə edərək Azərbaycandakı dostlarını görmək istəyib. O artıq bu gün “Qarabağ” rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, Reynaldo dos Santos Silva 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib. O bundan sonra Türkiyənin “Adanaspor” və Slovakiyanın “Spartak” (Trnava) klublarının şərəfini qoruyub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin