SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı

BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı
Bu haber 09 Ekim 2018 - 16:41 'de eklendi ve 8 views kez görüntülendi.

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda ÜDM-nin artımını 1,3% səviyyəsində proqnozlaşdırır.

Oxu.Az -ın xəbərinə görə, “World Economic Outlook” icmalında qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,6%-dək sürətlənəcək.  

Fondun dəyərləndirməsinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2%-ə qalxacaq. 

İnflyasiya göstəriciləri üzrə BVF daha optimist rəqəmlər açıqlayıb. Belə ki, proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda inflyasiya 3,5%-dək, 2019-cu ildə 3,3%-dək azalacaq. 2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiya isə 3% səviyyəsində proqnozlaşdırılır.

BVF 2018-ci ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-nin 6,6, 2019-cu ildə ÜDM-nin 8,1, 2023-cü ildə ÜDM-nin 9,6 faizi səviyyəsində dəyərləndirib. 

Bu il və gələn il üçün Azərbaycanda işsizlik göstəricisi 5 faiz səviyyəsində saxlanılıb. 

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə