SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Maduroya sui-qəsddə şübhəli bilinən şəxs intihar etdi

Maduroya sui-qəsddə şübhəli bilinən şəxs intihar etdi
Bu haber 09 Ekim 2018 - 13:31 'de eklendi ve 6 views kez görüntülendi.

Venesula prezidenti Nikolas Maduroya qarşı uğursuz sui-qəsddə şübhəli bilinən müxalif siyasətçi Fernando Alban Salazar Bolivar milli kəşfiyyat xidmətinin qərargahına gətirildikdən sonra intihar edib.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı respublikanın baş prokuroru Tarek Vilyam Saab verib.

Onun sözlərinə görə, siyasətçi onun hamam otağına aparılmasını istəyib və orada intihar edib.

“Baş prokurorluq baş verən hadisənin səbəblərinin araşdırılması üçün iki milli prokuror təyin edib”, – Saab əlavə edib.

Məlumatlarda bildirilib ki, müxalifətçi cümə günü Karakasda saxlanılıb və bazar ertəsi məhkəməyə çıxarılmalı idi.

Xatırladaq ki, Maduroya qarşı sui-qəsd cəhdi avqustun 4-də ölkədə keçirilən hərbi parad mərasimi zamanı baş verib.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə