SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

“Lotu Quli” niyə həbs olundu? – Səbəblər

“Lotu Quli” niyə həbs olundu? – Səbəblər
Bu haber 09 Ekim 2018 - 9:40 'de eklendi ve 23 views kez görüntülendi.

Azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə həbs olunub.

Yenicag.az xəbər verir ki, o, İstanbulda həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

Ağır Cinayətkarlarla Mübarizə İdarəsi tərəfindən saxlanılan Səlifov hazırda dindirilmədədir.

İddialara görə, Nadir Səlifov telekonfrans vasitəsi ilə Rusiyada fəaliyyət göstərən iş adamlarından haqq tələb edib.

Məsələ burasındadır ki, “Lotu Quli”nin haqq tələb etdiyi iş adamları əvvələr Rövşən Canıyevin nəzarətində olan bazarlarda fəaliyyət göstərirlər. İddia olunur ki, Lənkəranskinin vəfatından sonra Səlifov nəzarəti ələ keçirib.

“Lotu Quli” ilə bağlı iddialardan biri də onun yaxalanmasına səbəb “Ak Mərkəz” adlanan AVM-də yerləşən ev-ofisinə çağırdığı iş adamlarını təhdid etməsi olub. Türk polisi iki ölkə arasında əlaqələrə zərər gəlməsin deyə, Quliyə bir neçə ay öncə Türkiyəni tərk etmək barədə xəbərdarlıq edib. O, isə iki ay İstanbuldan ayrı gəzsə də, sentyabrdan etibarən yenidən bu şəhəri özünə məskən seçib.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlində də məhz Nadir Səlifov şübhəli bilinir. Bundan başqa Nadir Səlifov Rusiya tərəfindən adam oğurluğunda ittiham olunub və bu səbəbdən beynəlxalq axtarışa verilib. Onun Rusiyaya təhvil verilib-verilməyəcəyi isə sual altındadır.

Etiketler :
HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə