SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Edison Research: Saakaşvilinin partiyası seçkidə qalib gələcək

Edison Research: Saakaşvilinin partiyası seçkidə qalib gələcək
Bu haber 08 Ekim 2018 - 20:39 'da əlavə olunub və Baxış Sayı 14

“Edison Research” adlı beynəlxalq şirkət Gürcüstanda prezident seçkiləri öncəsi sorğu keçirib. 

Oxu.Az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 31 faizi Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadzeyə səs verəcəyini açıqlayıb.

İkinci yeri hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili (16 faiz) tutub. “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradzeyə isə respondentlərin 15 faizi səs verəcəyini açıqlayıb.

Qeyd edək ki, “Edison Research” ötən ilin oktyabrında Tbilisi meri vəzifəsinə seçkilərin nəticəsini düz proqnozlaşdırmışdı. O vaxt seçkidə hakim partiyanın namizədi Kaxa Kaladze qalib gəlmişdi. 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə