SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Yol polisi Bakıda “taksi ovu”na başladı

Yol polisi Bakıda “taksi ovu”na başladı
Bu haber 08 Ekim 2018 - 16:23 'de eklendi ve 115 views kez görüntülendi.

Bakıda qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı reydlər başlayıb.

Bu barədə Oxu.Az-a şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat verilib.

Bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir:

“Artıq iş o yerə çatıb ki, vətəndaşlar taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur”, – deyə məlumatda qeyd olunur.

Reydlər çərçivəsində metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür.

Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da məlum olub. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə rast gəlinib. Artıq son üç gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə