SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Nurməhəmmədovun atası oğlunu cəzalandıracağına söz verdi

Nurməhəmmədovun atası oğlunu cəzalandıracağına söz verdi
Bu haber 08 Ekim 2018 - 11:53 'da əlavə olunub və Baxış Sayı 57

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap döyüşdən sonrakı davaya görə oğluna qarşı sərt tədbirlər görəcəyini bəyan edib.

Oxu.Az-ın xəbərinə görə, o, bu barədə Rusiya telekanalına açıqlamasında deyib.

“Oktaqonda nə istəyirsən, edirsən. Ondan kənarda isə uşaqlar, qadınlar və kənar şəxslər var. Mənim komandam həmişə nizam-intizamı ilə seçilib. Buna görə Həbibə qarşı sanksiyalar UFC tərəfindən tətbiq olunanlardan daha sərt olacaq”, – Nurməhəmmədovun atası deyib.

O əlavə edib ki, baş verənlərə görə birbaşa məsuliyyət daşıyır.

Xatırladaq ki, UFC 229 turnirində Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov onu təhqir edən irlandiyalı Dillon Denisə hücum edərək kütləvi davaya səbəb olub.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasında 27 döyüşün hamısında qələbə qazanıb. O, ilk dəfə yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.

UFC prezidenti Deyn Uayt bəyan edib ki, rusiyalı idmançı kəmərindən məhrum edilə bilər.

www.Sizinxeber.az

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə