00:38 - Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
00:16 - Prezident “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqlədi
18:40 - NASA Aya və Marsa uzunmüddətli missiyalar göndərməyi planlaşdırır
18:32 - Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
16:55 - Xarkovda tələbələr Xocalı soyqırımı barədə məlumatlandırılıb
16:48 - Astarada Xocalı soyqırımına həsr olunmuş tarix dərsləri keçirilir
14:45 - Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb – FOTO
14:45 - Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
22:35 - Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir
Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Tovuz Gömrük Postunda “Hyundai Veracrus” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsində sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1 lt şüşə qablarda 70 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 13 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 49 ədəd “Nemiroff original”, 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Delicat” və 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Wheat” adlı spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.Sizinxeber.az