SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Qaçan dustaqların işi: Fədayə Laçın xidməti otağımda “Qoca” ilə görüşüb

Qaçan dustaqların işi: Fədayə Laçın xidməti otağımda “Qoca” ilə görüşüb
Bu haber 04 Ekim 2018 - 14:48 'de eklendi ve 41 views kez görüntülendi.

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qatarda bələdçi işləyən İsmayıl Hüseynov şahid qismində ifadə verib.

Şahid altı ildir qatarda bələdçi işlədiyini deyib.

O deyib ki, hadisə günü “Qoca” ləqəbli Etibar Məmədov, Əli Ağami və Fədayə Laçın onun şəxsi kabinetində olublar:

“Mən Fədayə Laçını iki dəfə qatarda görmüşəm. Məni otağımda yatmağa qoymadılar, çünki həmin müddətdə orada mübahisə düşmüşdü. Gedib əsgərlərin otağında yatmışdım. 10 saat yatdım, sonra xidməti otağıma gələndə gördüm ki, pəncərə açıqdır. Həmin vaxt artıq dustaqlar qaçmışdı. Bu barədə dərhal qarovul rəisinə məlumat verdim”.

Şahidin ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyinə görə elan edilib.

İfadədə göstərilib ki, təqsirləndirilən şəxslərlə yaxınları arasında qatarda görüş təşkil olunub.

“Görüşlər mənim xidməti otağımda keçirilirdi. Fədayə Laçın da mənim xidməti otağımda “Qoca” ləqəbli Etibarla görüşüb. Həmin vaxt Əli Ağami də onlarla birlikdə idi. Eyni zamanda, Etibarla Əli Ağamiyə yaxşı şərait yaradılmışdı”.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə