SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – FOTO

Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – FOTO
Bu haber 04 Ekim 2018 - 14:42 'da əlavə olunub və Baxış Sayı 29

Ankarada 45 yaşlı Murat Yıldız adlı şəxsin iş yoldaşları ilə 8 gün öncə xəzinə axtarışına çıxmasına ona baha başa gəlib.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, evli və üç uşaq atası olan dülgər 23 sentyabr tarixində Dərəli adlanan kəndə gəlib. İş yoldaşları ilə meşədə xəzinə axtarışına çıxan Murat onlardan uzaqlaşıb. Telefonu avtomobilində qaldığına görə onunla əlaqə saxlamaq mümkün olmayıb.

Muratın itdiyini görən iş yoldaşları polisə xəbər verib. Səkkiz günlük axtarışdan sonra onun cəsədi qayalıqlardan tapılıb.

Polis bildirib ki, o, qayalıqlardan aşağı düşərək həyatını itirib.

Qeyd edək ki, məsələ ilə bağlı Muratın qayını və iş yoldaşları şübhəli qismində dindirilib. Nəticə isə ekspertizanın rəyindən sonra bilinəcək.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə