SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Manat necə saxtalaşdırılır? – FOTO

Manat necə saxtalaşdırılır? – FOTO
Bu haber 03 Ekim 2018 - 11:15 'de eklendi ve 43 views kez görüntülendi.

Azərbaycanda milli valyutanın saxtalaşdırılması halları ilə bağlı rəsmi statistika açıqlanıb.

Oxu.Az sizə saxta pulla həqiqi pulu necə ayırmaq mümkün olduğu təqdim edir.

Beləliklə, rəsmi statistikaya görə, ən çox saxtalaşdırılan pul 5 manatlıqlardır – 32%. Bundan sonrakı yeri 29% ilə 1 manatlıqlar tutur. Saxtalaşdırma hallarında 10 manatlıqlar 15%, 100 manatlıqlar isə 10% təşkil edir. Yeganə saxtalaşdırılmayan pulumuz hələlik 200 manatlıqlardır.

Unutmayaq ki, pul saxtalaşdırmağa çalışan cinayətkarlar ilk növbədə yüksək nominallı əskinaslara üstünlük verir. Lakin pulun saxtalaşdırılmasının mümkünlüyü həm də onun mühafizə elementlərindən asılıdır.

Əksər hallarda üç mühafizə elementi – su nişanı, mühafizə sapı və holoqram imitasiya edilməklə saxtalaşdırılır.


Mühafizə elementləri yüksək olan pulların saxtalaşdırılması çox çətindir. Azərbaycan manatı bu kateqoriyada yüksək göstəricilərə malik olsa da, bəzi nominalların saxtalaşdırılması baş verir.

Nəzərə alsaq ki, pul çapı çox bahalı bir xidmətdir, demək olar ki, mühafizə elementlərinin sayının çox olması onun qiymətinə birbaşa təsir edir.

Manatın mühafizə elementləri aşağıdakılardır.

1 manat

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır.

5 manat

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

10 manat

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

20 manat

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

50 manat

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

100 manat

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

200 manat

Pul nişanı dörd pilləli mühafizə sisteminə malik olmaqla, ən müasir və təhlükəsiz mühafizə elementlərinə malikdir. Bu elementlərdən ən müasirləri bunlardır:

Dinamik işıq effekti saçan və yaşıldan göyə dəyişən dövlət gerbimiz təsvir olunub. Pul nişanını müəyyən bucaq altında hərəkət etdirdikdə gerbin üzərindəki halqalar üçölçülü effekt yaradır. Hərəkət etdirdikdə nominalın gizli rəqəmi görünür.

“200” rəqəmi və “AZN” yazısı göy və qızılı rənglərdən ibarət sayrışan boyalarda əks etdirilib. Holoqram üzərində manat simvoluna dəyişən nominalın rəqəmi, yaşıldan göyə dəyişən mikrogüzgü effektində butaların kombinasiyası, üçölçülü hərəkət effektində səkkizguşəli ulduz və manat simvolları əks olunub.

Metal görünüşə malik olan mühafizə sapının üzərində nominalın rəqəmi və “AMB” yazıları əks olunub. Pul nişanını hərəkət etdirməklə mühafizə sapının yaşıldan göyə dəyişməsi və dinamik işıq effekti görünür. Pul nişanını işığa tutduqda mühafizə sapının üzərində “200” rəqəmi və “AMB” yazısı görünür.

Görmə qüsuru olanlar üçün pul nişanının üzərində həqiqiliyini və nominalını müəyyən etməyə imkan yaradan xətlər əks olunur. Surətçıxarmaya qarşı xətlər strukturu və s. mövcuddur.

Ultrabənövşəyi işıq altında pul nişanının ön və arxa tərəflərində müxtəlif flurosent təsvirlər görünür.

Beləliklə, Azərbaycan manatının, xüsusən də yüksək nominallı əskinasların çapı zamanı konsepti ilə yanaşı, yüksək mühafizə elementlərinə malik olmasına da Mərkəzi Bank xüsusi önəm verir.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə