SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Eynşteynin məktubunun orijinalı tapıldı – FOTO

Eynşteynin məktubunun orijinalı tapıldı – FOTO
Bu haber 28 Eylül 2018 - 23:49 'da əlavə olunub və Baxış Sayı 25

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu-Yorkda, Leo Bek adına İnstitutda saxlanılır.

Oxu.az xəbər verir ki, bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb.

Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış.

Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi–sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.

1952-ci ildə Y.Hirşin 70 illiyi ilə əlaqədar o, mühacir həyatına qədər müəllimlik etdiyi Berlin Azad Universitetinin fəxri doktoru adına layiq görülüb.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə