Ev Siyasət İlham Əliyev MDB Dövlət Başçıları Şurasında – FOTO

İlham Əliyev MDB Dövlət Başçıları Şurasında – FOTO

Baxış Sayı 33
0
İlham Əliyev MDB Dövlət Başçıları Şurasında - FOTO
İlham Əliyev MDB Dövlət Başçıları Şurasında - FOTO

Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.

Sizinxeber.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon çıxış edərək, ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. Bildirib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində, demək olar ki, bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb.

Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verib.

 

Sizinxeber.Az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin