SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi fəaliyyətə başladı

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi fəaliyyətə başladı
Bu haber 27 Eylül 2018 - 15:29 'da əlavə olunub və Baxış Sayı 22

“Vertolyoti Rossii” hondinqi ilə Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti Rusiya helikopterləri üçün servis mərkəzində birgə fəaliyyətə başlayıb. Artıq briqada ilk Mi-8AMT helikoterini təmir edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti”yə açıqlamasında “Vertolyoti Rossii” şirkətinin satış sonrası servis üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib.

“Biz planlı əsasla çalışırıq. Bu il iyun ayında “Silk Way”lə birgə olaraq onlara məxsus bir helikopteri təmir etmişik, indi də ikincisinin təmiri gündəmdədir. Yəni mərhələli şəkildə istehsal gücümüz və təmir ehtiyatlarımız artırılır”, – Çeçikov “ADEX-2018” sərgisində deyib.

O əlavə edib ki, hazırda işçi heyətinə təlim keçirilir və yeni avadanlıq gətiriləcək.

İki ilə əvvəl baş tutan “ADEX-2016” sərgisində “Vertolyoti Rossii” ilə “Silk Way Helicopter Services” şirkətinin rəhbəri Azər Sultanov arasında Azərbaycan ərazisində Rusiyaya məxsus Mİ8/18 mülki helikopterlərinin təmiri üçün servis mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb.

“ADEX-2018” sərgisi sentyabrın 25-dən 27-dək Bakıda keçirilir.

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə