Ev Müharibə Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə – FOTO

Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə – FOTO

Baxış Sayı 52
0
Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə - FOTO
Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə - FOTO

Bu gün Bakıda keçirilən “ADEX-2018” silah sərgisində İsrailin “Rafael” şirkətinin istehsal etdiyi, atış məsafəsi 1,5 kilometrdən 3 km-dək olan “Spike” raket sistemləri nümayiş etdirilir.

Bununla bağlı Oxu.Az-ın müxbirinə açıqlamasında “Rafael” şirkətinin regional direktoru Şimon Naiman məlumat verib.

Onun sözlərinə görə, şirkət Azərbaycana uğurla satılan məhsullarını, eləcə də, raketlərini nümayiş etdirir.

“Rafael” – bu şirkət silah ixracı ilə məşğul olan İsrail şirkətləri siyahısında dördüncüdür.

“Stendimizdə “Su-25”in üzərinə yerləşdirilən yeni sistemlər, kəşfiyyat sistemləri, 60 kiloqram çəkiyə malik olan havada süzən “Spiсe 1000” bombaları var ki, bu bombalar heç nədən asılı olmayaraq, hədəfə çata bilir. Dəqiqliyi 2-3 metrdir”, – müsahibimiz bildirib.

O əlavə edib ki, burada Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olan məhsullar da nümayiş etdirilib.

“Bunlar 5,5 kilometrə modifikasiya edilən dörd kilometrlik “Spike”lar, ciplərə quraşdırılan səkkiz kilometrlik “Spike”lar və Azərbaycan Hərbi Hava Qüvvələrində Mi-17 helikopterlərinə quraşdırılan 30 kilometrlik “Spike”lardır.

Dörd kilometrlik “Spike” sistemləri Aprel döyüşlərində özünü yaxşı tərəfdən göstərib”, – Naiman qeyd edib.

Ə.Ş.
FOTO: Ramil Zeynalov
www.oxu.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin