SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

“Mağazadayam, çörək almağa gəlmişəm” – Ürəyindən bıçaqlandığı deyilən aktyor DANIŞDI

“Mağazadayam, çörək almağa gəlmişəm” – Ürəyindən bıçaqlandığı deyilən aktyor DANIŞDI
Bu haber 08 Eylül 2018 - 15:00 'de eklendi ve 8 views kez görüntülendi.

“Biləsuvarda toyda uzaq qohumumla sözümüz çəp gəldi. Şillə atdı, dodağım partladı. Amma bıçaqla vurulmaq söhbəti olmayıb. Hazırda rayondayam, mağazadan çörək almağa gəlmişəm”.

Sizinxeber.Az  xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında aktyor Mahir Mirişli ürəyindən bıçaqlanmasıyla bağlı yayılan xəbərlər münasibət bildirərkən səsləndirib. Mirişli səhhətində heç bir problem olmadığını və xəstəxanaya yerləşdirilmədiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Report-un yaydığı xəbərdə M.Mirişlinin ötən gün axşam saatlarında Biləsuvar rayonunun Aşağı Cürəli kəndində toy mərasimində bıçaqlandığı qeyd edilirdi.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Etiketler :
HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə