Bakıda retro avtomobillərin yürüşü – FOTO

0
Baxış Sayı 40

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib.

Sərgi həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.

“Retro musiqi, ata və babalarımızın sürdüyü avtomobillərlə foto və selfi etmək imkanı – bundan gözəl nə ola bilər”, – Oxu.Az-ın müxbiri ilə söhbətdə qazaxıstanlı turist deyib.

Qeyd edək ki, klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here