Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
dek
2024
02:00
0
0
1 304
ff aaaaaaa

Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

21 dek, 2024
02:00
1 304

Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.

APA xəbər verir ki, bu haqda “Welt qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.

Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.

Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.

Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.

***

23:19

Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.

APA xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.

Sürücülərdən birinin saxlanıldığı bildirilir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul