Sizin Reklamınız Burada ola bilər!
44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi
44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi

44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı Etibar Muradxanlının yeni çapdan çıxmış “İlin beşinci fəsli” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, akademik Nizami Cəfərov, yazıçı, millət vəkili Aqil Abbas, millət vəkili İqbal Məmmədov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, görkəmli şair-publisist Ağacəfər Həsənli, polkovnik, yazıçı Abdulla Qurbani və bir çox digər yazar və tanınmış şəxslər çıxış edərək, kitab haqqında öz fikirlərini bildiriblər.

Təqdimatda Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, yazıçı Əliabbas Bağırsoy, Aslan Quliyev, və bir çox yazıçı, şair və publisist, qazi və hərbiçi iştirak ediblər.

Romanın qəhrəmanlarından şəhid kapitan Ülvi Hüseynovun, XDQ baş leytenantı, şəhid, “Azərbaycan Bayrağı” ordenli Əliqismət Yaqublunun, şəhid Səid Rəşidzadənin və bir neçə digər şəhidimizin valideynləri və ailələri də tədbirə qatılıblar.

Şəhid kapitan Ülvi Hüseynovun atası və şəhid baş leytenant Əliqismət Yaqublunun atası Mükafat Yaqubov çıxış edərək, şəhid oğullarının qəhrəmanlıqları barədə kitab yazaraq adlarını əbədiləşdirdiyi üçün görkəmli yazıçı Etibar Muradxanlıya təşəkkür ediblər.

Təqdimat mərasimini tənqidçi Əsəd Cahangir idarə edib.

Tanınmış yazıçı Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını inandırıcı, təsirli döyüş səhnələri ilə əks etdirən “İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən “Siz mühasirədəsiniz, leytenant” və “Tələbə taqımı”ndan sonra bu, müəllifin müharibə mövzusunda üçüncü kitabıdır.

“İlin beşinci fəsli” əsəri İkinci Qarabağ müharibəsi haqqında Azərbaycan ədəbiyyatında ilk romandır. Onu da qeyd edək ki, “İlin beşinci fəsli” sənədli-bədii romanı “Ziyadar” mükafatına layiq görülüb. Mükafatı yazar Zaur Ustac təqdimat mərasimində Etibar Muradxanlıya təqdim edib.

Xatırladaq ki, romandan parçalar Axar.az saytında (Kult bölümü) dərc edilib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
44 günlük savaş haqda ilk sənədli roman təqdim edildi

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica