Sizinxeber.az – Azərbaycan Xəbərləri

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür – Foto, Video

Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür – Foto, Video
49 dəfə Baxılıb
14 Avqust 2019 - 12:11

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun bu günlərdə suya buraxdığı “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya uğrayıb. Gəmi Liberiya bayrağı daşıyan “Doric Warrior” tankeri ilə toqquşub.
Mübariz MənsimovMübariz Mənsimov
Bizimyol.info xəbər verir ki, Mübariz Mənsimov hadisəyə reaksiya verib. O, sosial şəbəkələrdə gəminin qəsdən vurulması barədə fikirlərini paylaşıb. İş adamı vurğulayıb ki, “Məmməd Əmin Rəsulzadə” gəmisi dayandığı yerdə digər tanker gəlib ona çırpılıb: “Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Qəza anı ilə eyni dəqiqələrdə Türkiyə və Azərbaycanda eyni həriflərin mediasında bu haqda xəbərlər yayıldı. Bu xəbəri anında kim yaydı? Gəmiyə durduğu yerdə çırpmaq bir cinayətdir. Sonuna qədər araşdıracağıq”.
Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür
Mübariz Mənsimov “Məmməd Əmin Rəsulzadə” gəmisinin qəsdən vurulduğunu düşünür
Mübariz Mənsimov əlavə edib ki, bu xəbərə sevinənlər xainlərdir. “Onu da deyim ki, “Rəsulzadə” gəmisinə çırpılan gəmi ondan on dəfə böyükdür. Ancaq buna baxmayaraq, gəmimiz batmadı”, – iş adamı belə yazıb.
Hadisənin videosu da yayılıb. Video da hadisənin qəsdən törədilməsi təəssüratını yaradır. “Məmməd Əmin Rəsulzadə” gəmisinin heyətinin reaksiyası belə düşünməyə əsas verir.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]