Sizinxeber.az – Azərbaycan Xəbərləri

Moskvada tələbə qız müəmmalı xəstəlikdən öldü

Moskvada tələbə qız müəmmalı xəstəlikdən öldü
2 dəfə Baxılıb
12 Avqust 2019 - 19:05

Hərarət, qusma, diareya və göyərmədən sonra da həkimlər qıza diaqnoz qoya bilməyiblər
Moskvada 20 yaşlı qız səbəbi bilinməyən xəstəlikdən ölüb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Voronej Dövlət Universitetinin tələbəsi olan qız imtahanları verdikdən sonra paytaxta qayıdıb. İlk gün onun hərarəti 40 dərəcəyə qalxıb, boğazı qızarıb. Valideynləri hesab ediblər ki, bu adi boğaz ağrısıdır və həkimə müraciət etmədən simptomları müalicə etməyə başlayıblar.
Sabahı gün qızda qusma və qarınağrısı başlayıb. Ailə təcili yardım çağırmalı olub. Həkimlər tələbə qıza müalicə yazıblar. Ancaq tezliklər qızın əl və ayaqları göyərib, əzələlərində ağrılar başlayıb, hətta ağrı elə güclüymüş ki, zavallı tərpənə bilmirmiş. Evə çağırılan terapevt simptomlarda qeyri-adi heç nə tapmayıb və bədənin susuzlaşmasına qarşı dərman vasitələrini qəbul etməyi davam etdirməyi tapşırıb.
Bundan sonra qızın əl və ayaqları soyuyub, onlar hissiyyatını itirib. Sonda ağzı da keyiyib. Evə çağırılan həkim deyib ki, qız komaya düşüb və reanimasiya həkimlərini çağırıb. Ancaq həkimlər tələbəni xilas edə bilməyiblər. Ölüm səbəbini ekspertiza ortaya çıxaracaq.
 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]