Sizinxeber.az – Azərbaycan Xəbərləri

Kürdəmirdə reyd zamanı onlarla sürücü cərimələnib – Video

Kürdəmirdə reyd zamanı onlarla sürücü cərimələnib – Video
4 dəfə Baxılıb
12 Avqust 2019 - 19:05

Kürdəmir rayonunda “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçrilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, səbəb son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinin istismarının atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərməsidir.
Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının birgə keçirdiyi reyd qanunvericiliyə uyğun olaraq tədbirlər görmək məqsədi daşıyır. Reyd həmçinin baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücülərlə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Tədbir çərçivəsində bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək təkrar yoxlama tələb ediblər. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və nəqliyyat vasitəsinə əlavə konstruksiya edən sürücülər də aşkarlanıb.
Reyd zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb və onlardan 50-yə yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]