Sizinxeber.az – Azərbaycan Xəbərləri

Aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb – Video

Aviaşou zamanı iki hərbçi yüksəklikdən yerə düşüb – Video
4 dəfə Baxılıb
12 Avqust 2019 - 19:03

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.
“Report” yerli “Tyempo” qəzetinə istinadən xəbər verir ki, faciə paradın bir hissəsini yerinэ yetirəndə baş verib.
Hərbçilər böyük yüksəklikdən yerə düşüb. Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla nisbətən aşağı endirilib və vertolyot bu vəziyyətdə hərəkətdə olub. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi bayraqla birgə yerə çırpılıb.
Hazırda paradın keçirildiyi zona bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.
 

Dos militares colombianos murieron esta tarde, al caer al vacío desde un helicóptero, durante un desfile en la Feria de las Flores de Medellin. #11ago pic.twitter.com/PblQaLMtc0
— Sergio Novelli (@SergioNovelli) August 11, 2019

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]