Sizinxeber.az – Azərbaycan Xəbərləri

Bilyard klubunda 8 nəfər öldürülüb, 3 nəfər yaralanıb

Bilyard klubunda 8 nəfər öldürülüb, 3 nəfər yaralanıb
3 dəfə Baxılıb
12 Avqust 2019 - 19:03

Meksikanın Guanajuato əyalətindəki İrapuato şəhərində bilyard klubuna silahlı hücum olub.
APA “TASS”a istinadla xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
İki nəfər xəstəxanaya aparılarkən yolda, daha iki nəfər isə tibb müəssisəsində dünyasını dəyişib. Zərərçəkənlər arasında iki azyaşlı uşaq da olub.
Hücumun səbəbləri barədə hələ ki, heç bir məlumat açıqlanmayıb, təcavüzkarları isti izlərlə saxlamaq mümkün olmayıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]