Sizinxeber.az – Azərbaycan Xəbərləri

Türkiyə “F-35”-i “Su-35”-lərlə əvəzləyə bilər

Türkiyə “F-35”-i “Su-35”-lərlə əvəzləyə bilər
5 dəfə Baxılıb
12 Avqust 2019 - 19:02

Əgər ABŞ “F-35” döyüş təyyarələrini satmaqdan imtina etsə, Türkiyə Rusiyanın “Su-35” qırıcıları barədə düşünəcək.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Hərbi mənbələrə istinad olunan məlumatda qeyd edilib ki, hazırda Türkiyə hakimiyyəti Rusiyanın “Su-35” çoxməqsədli qırıcıları almaq təklifini qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl Rostex dövlət korporasiyasının rəhbəri Sergey Çemezov da belə bir təkliflə çıxış etmişdi. O bildirmişdi ki, əgər rəsmi Ankaranın belə bir istəyi varsa, Rusiya Türkiyəyə “Su-35”-ləri satmağa hazırdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın “F-35” qırıcılarını satmaqdan imtina etdiyi təqdirdə Ankaranın tədbir görəcəyini, eyni modifikasiyalı təyyarələri başqa bazarlarda axtaracağını söyləmişdi. (apa)

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]