Sizinxeber.az – Azərbaycan Xəbərləri

FHN: Sumqayıtdakı yanğında bir yanğınsöndürən xəsarət alıb – YENİLƏNİB – FOTO/VİDEO

FHN: Sumqayıtdakı yanğında bir yanğınsöndürən xəsarət alıb – YENİLƏNİB – FOTO/VİDEO
7 dəfə Baxılıb
11 Avqust 2019 - 10:17

FHN: Sumqayıtdakı yanğında bir yanğınsöndürən xəsarət alıb – YENİLƏNİB – FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Məlumatda deyilir: “10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub. Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib”.

19.37

Sumqayıt şəhərində mebel sexində yanğın olub.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.​

17.27
Sumqayıtda mebel sexində yanğın başlayıb. 

Oxu.Az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonu ərazisində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. 

Yanğının səbəbləri məlum deyil.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]