Sizinxeber.az – Azərbaycan Xəbərləri

Xərçəng xəstəsi olan Əsma Əsəddən xəbər var

Xərçəng xəstəsi olan Əsma Əsəddən xəbər var
12 dəfə Baxılıb
04 Avqust 2019 - 18:48

Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəsi olan xanımı Əsma Əsəd səhhəti ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, 2018-ci ilin avqustunda süd vəzi xərçəngi diaqnozu qoyulan birinci xanım xəstəliyinin öhdəsindən gəlib və tamamilə sağalıb. Bu barədə o, dövlət televiziyasına açıqlamasında deyib: “Yolun sonuna gəldim. Bütün yorğunluğum, ağrım bitdi. Allaha şükür, hamısı qurtardı. Tamamilə, xərçəngə qalib gəldim”.
Əsma Əsədin kimyəvi terapiyası davam edir.
Prezidentin xanımının sağalması xəbəri rəsmi dövlət saytında da elan edilib.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]