Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ronaldo “Barselona”nı tənqid etdi

Ronaldo “Barselona”nı tənqid etdi
10 dəfə Baxılıb
04 Avqust 2019 - 11:22

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yeni mövsümündə ayrı-ayrı klubların qalib olmaq şansı haqda danışıb. Portuqaliyalı ulduz “Barselona”nı tənqid edib.
Bizimyol.info xəbər verir ki, Kriştiano Ronaldo Kataloniya klubunun transfer siyasətini bəyənmədiyini bildirib. Onun fikrincə, yeni futbolçuların alınmasına böyük pullar xərclənir, amma ortada yaxşı nəticə toxdur. Portuqaliyalı bununla “Barselona”nın son beş ildə Çempionlar Liqasının qalibi ola bilməməsinə eyham vurub.
Kriştiano Ronaldo “Yuventus”a çox inanır. Hücumçu deyir ki, klubun vəzifənin öhdəsindən gəlmək üçün yetərincə yaxşı heyəti var.
Çempionlar Liqasının son qalibi “Liverpul” olub. Maraqlıdır ki, “Yuventus” 1996-cı ildən mükafatı əldə edə bilməyib.
Kriştiano Ronaldo Çempionlar Liqasının kubokunu beş dəfə başı üzərinə qaldırıb. Bir dəfə “Mançester Yunayted”də, dörd dəfə “Real”da ona belə xoşbəxtlik nəsib olub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]