Sizinxeber.az – Azərbaycan Xəbərləri

Pakistanda NBM-ə hücum, xəstəxanada partlayış: Ölənlər var

Pakistanda NBM-ə hücum, xəstəxanada partlayış: Ölənlər var
2 dəfə Baxılıb
21 İyul 2019 - 13:22

Pakistanın Dəra-İsmayıl-Xan şəhərində terror aktları baş verib.
“RİA Novosti” xəbər verir ki, əvvəlcə dörd motosikletdə olan silahlı şəxslər polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Sonra isə ilk hücum zamanı yaralananların yerləşdirildiyi xəstəxanada partlayış olub.
Hadisə nəticəsində 7 nəfər ölüb, 24 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən dördü polis əməkdaşıdır.
Partlayışın qadın tərəfindən törədildiyi bildirilir.
Polis hərəkətə keçib. (Oxu.az)

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]