Sizinxeber.az – Azərbaycan Xəbərləri

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
2 dəfə Baxılıb
18 İyul 2019 - 15:37

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC-ın məlumatına əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayeni də təbrik edib.

Məktubda bildirilir: “Hörmətli xanım Fon der Lyayen, Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]