Ev Cəmiyyət Vasif Talıbov dörd ailəyə mənzil bağışladı – FOTO

Vasif Talıbov dörd ailəyə mənzil bağışladı – FOTO

Baxış Sayı 15
0

İyulun 2-də Sədərək rayonunda bir şəhid ailəsinə, sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən bir nəfərə yeni mənzillər təqdim olunub.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, mənzillərin orderlərini təqdim edib.

Mənzillə təmin olunanlar şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayevdir.

Hər biri üç otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin