Sizinxeber.az – Azərbaycan Xəbərləri

Prezident İlham Əliyev əməkdar artistə ev hədiyyə etdi – FOTO

Prezident İlham Əliyev əməkdar artistə ev hədiyyə etdi – FOTO
25 dəfə Baxılıb
25 İyun 2019 - 11:07

Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.

Yeniavaz.com-un xəbərinə görə, bu barədə əməkdar artist özünün “facebook” səhifəsində yazıb:

“Möhtərəm Cənab Prezident.
Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və Azərbaycanımızı qorusun!”

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]