Sizinxeber.az – Azərbaycan Xəbərləri

Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır – VİDEO

Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır – VİDEO
5 dəfə Baxılıb
22 İyun 2019 - 16:13

Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır – VİDEO
Şəmkirdə fermerlər əkdikləri məhsulların yaxşı satılmadığından, bununla da maddi vəziyyətlərinin getdikcə çətinləşdiyindən şikayətçidirlər.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfat sahibləri hazırda ən acınacaqlı vəziyyətin pomidor satışında hökm sürdüyünü deyirlər.
Onlar iddia edirlər ki, xarici bazarlara, xüsusən, Rusiya bazarlarına məhsul satışı dayanıb, buna görə də təsərrüfat sahibləri çətin vəziyyətə düşüblər. Yerli bazarlarda isə satışa çıxarılan pomidorlar nəinki qazanc gətirir, heç maya dəyərini belə ödəmir.
Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı bildiriblər ki, indiki halda rayondan Rusiya bazarlarına məhsul ixracı ilə bağlı heç bir problem yoxdur:
“Bol məhsul olduğundan qiymətlər ötən ilə nisbətən aşağıdır, amma xarici bazara məhsulların satışında heç bir problem yoxdur. Onu da qeyd edək ki, Şəmkir rayonunda mindən artıq istixana var”.
Məlumat üçün bildirək ki, Şəmkir qərb bölgəsinin əsas təsərrüfat rayonlarından biridir. Ölkədəki istixanaların təxminən 70 faizi bu rayonun payına düşür.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]