Ev Cəmiyyət Baloğlan Əşrəfov: Rövşən Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram

Baloğlan Əşrəfov: Rövşən Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram

Baxış Sayı 506
0
Baloğlan Əşrəfov: Rövşən Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram
Baloğlan Əşrəfov: Rövşən Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram

Baloğlan Əşrəfov: Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümünü incəsənət adamları da böyük kədərlə qarşılayıb.
Oxu.Az xəbər verir ki, Bizimyol.info məlum hadisəylə bağlı əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlayıb.
O, açıqlamasında Rövşən Lənkəranski ilə bağlı çox kədərləndiyini bildirib:
“Allah ona rəhmət etsin! O, çox dəyərli, layiqli oğul idi. Tale elə gətirib ki, mənə də yaxşılığı, köməkliyi olub. O, elə şeydir ki, mən onu mətbuata deyə bilmərəm. Mən onun mənə etdiyi yaxşılığı ölənə qədər unutmaram. Ünsiyyətimiz olub, onun mənə mənim də ona böyük simpatiyam vardı.
Mənə onun çox köməklikləri dəyib. Bunu onun yaxınları da bilir, amma mən bunlar barədə danışa bilmərəm. Bu gün minlərlə adam olduğu üçün yasına gedə bilmədim, sabah mütləq gedəcəm. Bu on minlərlə adam ona hörmətin təzahürüdür. Ruhu şad olsun.”
Qeyd edək ki, Rövşən Lənkəraniski (Canıyev) ötən gün İstanbulda qətlə yetirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin