Ev Siyasət Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

Baxış Sayı 132
0
Mehriban Əliyevadan məzunlara təbrik: Fəal və cəsarətli olmaq öz əlinizdədir
Mehriban Əliyevadan məzunlara təbrik: Fəal və cəsarətli olmaq öz əlinizdədir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Heydər Əliyev Fondu mərhum eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasiminin bütün xərclərini öz üzərinə götürüb.

Mərhum Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında Əbülfəz Elçibəyin ailəsi adından birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

“Rəhmətlik bacım Paşayevlər ailəsi ilə yaxın idi. Paşayevlər ailəsi yaxşı ailədir. Burdan Mehriban Əliyevaya dəstək və yardımları üçün öz minnətdarlığımı bildirirəm. Allah ölənlərinə rəhmət eləsin”.

Qeyd edək ki, Həlimə Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib. O, bu gün Ordubad rayonunun Kələki kəndində dəfn edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin