Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Huawei” ABŞ-ı strategiyasını düzəltməyə çağırır

“Huawei” ABŞ-ı strategiyasını düzəltməyə çağırır
5 dəfə Baxılıb
13 İyun 2019 - 18:10

“Huawei” ABŞ-ı strategiyasını düzəltməyə çağırır
“Huawei” prosesi sürətləndirmək və şirkətə münasibətdə qanunsuz əməllərə son qoymaq üçün öz işi üzrə sadələşdirilmiş məhkəmə icraatı barədə vəsatət qaldırıb.
“Huawei” 2019-cu il tarixli “Milli müdafiə sahəsində səlahiyyətlər haqqında Qanun”nun (National Defense Authorization Act) 889-cu bölməsinin konstitusiyaya uyğunluğunu mübahisələndirdiyi iş üzrə sadələşdirilmiş məhkəmə icraatı barədə vəsatət qaldırıb.
“Huawei”, həmçinin, ABŞ hökumətini dövlət tərəfindən icazə verilən şirkətə qarşı kampaniyanı dayandırmağa çağırır, çünki belə əməllər informasiya təhlükəsizliyini təmin etmir.
“Arqument olaraq informasiya təhlükəsizliyinə əsaslanaraq “Huawei” şirkətinin fəaliyyətinə qadağa qoyulması şəbəkələrin mühafizəsini artırmayacaq. Əksinə, bu, yalançı təhlükəsizlik hissi yaradacaq və real problemlərdən uzaqlaşdıracaq. Amerikalı siyasətçilər özəl şirkətə hücum çəkmək üçün bütün millətin gücündən istifadə edir. Bu, normal deyil.
Tarixdə belə hadisələr baş verməyib. ABŞ hökuməti “Huawei” şirkətinin gizliliyi təhlükə altında qoyduğuna dair heç bir sübut təqdim etməyib. Onlar yalnız fərziyə irəli sürür, əsaslı dəlilləri isə yoxdur” – deyə “Huawei”-in hüquqi məsələlər üzrə direktoru Sun Lyupin (Song Liuping) qeyd etdi.
Öz bəyanatında “Huawei” şirkəti “Milli müdafiə sahəsində səlahiyyətlər haqqında Qanun”un 889-cu bölməsinin, xüsusilə “Huawei” vurğuladığı və Amerikanın dövlət orqanlarına şirkətin avadanlığı və xidmətlərini almağı, həmçinin ABŞ hökuməti ilə əlaqələrinin olub-olmamasından asılı olmayaraq şirkətin avadanlığı və ya xidmətlərini alan üçüncü şəxslərlə müqavilə bağlamağı və ya qrant və suda verməyi qadağan etdiyinə işarə edir.
Sun Lyupin şirkətin iki həftə əvvəl ABŞ Ticarət Nazirliyinin qadağan olunan fiziki və hüquqi şəxslər siyahısına daxil edilməsi barədə fikir bildirdi. “Bu təhlükəli presedent yaradır. Bu gün bu, rabitə xidmətləri və “Huawei”dir.
Sabah isə bu, sizin sahəniz, şirkətiniz, müştəriləriniz ola bilər. “Huawei” ABŞ məhkəmə sisteminin müstəqilliyi və toxunulmazlığından əmindir. Biz ədalət üçün son müdafiə sərhədi olan məhkəmənin qanundakı səhvləri düzəldəcəyinə ümid edirik” – deyə “Huawei”in hüquqi məsələlər üzrə direktoru qeyd etdi.
Şirkəti məhkəmədə müdafiə edən hüquqşünas qrupunun rəhbəri Qlen Neyger (Glen Nager) 889-cu bölmənin ABŞ Konstitusiyasının bir sıra norması – Bill of Attainder Clause-un müddəaları (məhkəmə olmadan cəza tətbiq olunması üçün konkret şəxsi və ya şəxslər qrupunu seçməyi qadağan edən), lazımi hüquqi prosedur haqqında Əsasnamə (Due Process Clause) və səlahiyyətlərin bölüşdürülməsi haqqında Əsasnaməni (Vesting Clauses) pozduğunu deyir.
Müvafiq olaraq, bu halda prosesin sürətləndirilməsi üçün sadələşdirilmiş iş icraatına dair vəsatət üçün əsas olan heç bir fakt olmadığı üçün bu tamamilə hüquqi məsələdir.
“Huawei” şirkəti hesab edir ki, ABŞ tərəfindən şirkətə göstərilən təzyiq şəbəkələrin təhlükəsizliyinə təminat vermir. Şirkət, ABŞ hökuməti həqiqətən təhlükəsizlik məqsədlərini güdürsə, hökumətin düzgün seçim edəcəyi və hər kəs üçün informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə dürüst və effektiv tədbirlər görəcəyinə ümid edir.
Məhkəmənin iş qrafikinə əsasən vəsatət üzrə dinləmə sentyabrın 19-na təyin olunub.
“Huawei” şirkəti haqqında
“Huawei” şirkəti – dünyada informasiya-kommunikasiya və infrastruktur həlləri, həmçinin “ağıllı” cihazların aparıcı təchizatçısıdır. Şirkətin əsas fəaliyyət istiqamətləri – telekommunikasiya şəbəkələri, informasiya texnologiyaları, “ağıllı” cihazlar və bulud servisləridir. “Huawei” rəqəmsal texnologiyaları həm biznes, həm son istehlakçılar üçün əlçatan etməyə çalışır və bununla intellektual, təkmil rabitə dünyasının yaradılmasını yaxınlaşdırır.
“Huawei”in kompleks portfoliosundan məhsul, həll və xidmətlər yüksək etibarlılıq və rəqabət qabiliyyətliliyə malikdir. Ekosistem üzrə tərəfdaşlarla açıq əməkdaşlıq edən şirkət müştərilərə geniş imkanlar təqdim etməklə onlar üçün kommersiya potensialı yaradır.
“Huawei” dünyada tərəqqiyə səbəb olan fundamental tədqiqatlara böyük məbləğdə sərmayə yatırır. Şirkətdə 170-dən artıq ölkədə 180 mindən çox əməkdaş çalışır. “Huawei” – 1987-ci ildə təsis olunan özəl şirkətdir. Şirkət tamamilə əməkdaşların mülkiyyətindədir.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]