Sizinxeber.az – Azərbaycan Xəbərləri

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir
10 dəfə Baxılıb
12 İyun 2019 - 16:37

Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində yeni bankomatlar quraşdırıb. ATM-lər şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşdirilib:
· Azadlıq pr. 49 (Neft və Sənaye Universiteti yaxınlığında);
· Ü.Hacıbəyov küç., 6,8 (Xəqani parkı yaxınlığında).
Bundan başqa, bank VTB (Azərbaycan) “Əcəmi” və “Neftçilər” filiallarında, eləcə də Müştəri xidmətləri mərkəzində nağd pul vəsaitinin qəbulu üçün Cash-in funksiyalı bankomatlar quraşdırıb.
Bununla da VTB (Azərbaycan) bankomatlarının ümumi sayı 19-a çatıb.Bütün bankomatlar şəhərin hərəkətli ərazilərində, eləcə də ticarət-əyləncə mərkəzlərində yerləşdirilib. Həmçinin bank VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankomat şəbəkəsindən də istifadə edə billər. Belə ki, müştərilər NIKOIL | Bank, Bank of Baku və AzerTurkBank kimi bankların ATM xidmətlərindən əlavə komissiyasız yararlana bilər.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]