Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ata qızına elə ad seçdi ki, tərsinə oxuyanda…

Ata qızına elə ad seçdi ki, tərsinə oxuyanda…
1 dəfə Baxılıb
10 İyun 2019 - 2:38

Avstraliyalı Kler Smit öz etirafı ilə bütün ölkəni güldürüb.
Day.Az-ın məlumatına görə, qızına qoyduqları adın mənasını izah edən ana onun fotosunu ölkənin məşhur jurnallarından birində dərc etdirib.
“Qızımıza Lanesra adını verdik. Düşünürdüm ki, bu gözəl və romantik addır. Amma onun iki yaşı olanda həyat yoldaşım qızımıza sevdiyi futbol komandasının adını qoyduğunu söylədi. Əgər uşağın adını tərsinə oxusaq “Arsenal” alınır.

Ustаlıqla düşünülmüş bir addım! Ata qızına sevdiyi futbol komandasının adını vermək üçün həyat yoldaşını çətin ki, razı sala biləcəkdi. Buna görə də, o, sonunda hər kəsin razı qala biləcəyi orijinal üsul tapıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]