Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Türkiyə bizə şillə vurdu”

“Türkiyə bizə şillə vurdu”
4 dəfə Baxılıb
10 İyun 2019 - 2:27

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fransızları 2:0 hesabı ilə məğlub etdi. Nəticə gözlənilməz olduğu qədər də tərəflərdə maraqlı emosiyalar doğurub.
Bizimyol.info xəbər verir ki, fransızlar məyusluğu gizlətmir. Fransa milli komandasının baş məşqçisi Didye Deşam böyük zərbə aldıqlarını deyir: “Bütün komanda lazımi səviyyəni göstərə bilmirsə, yaxşı nəticə də gözləməyə dəyməz”.
Didye DeşamDidye Deşam | Foto: Reuters / Pascal Rossignol
Deşam yaxşı oynamadıqlarını bildirir: “Üzərimizə düşəni etmədik. Fərqi yoxdur, dünya çempionusan, ya yox, gərək yüksək səviyyəli oyun göstərəsən”.
Baş məşqçi səhvlər üzərində işləməyin lazım olduğunu söyləyir: “Türkiyə bizə şillə vurdu. Deməyə başqa sözüm yoxdur”.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]