Sizinxeber.az – Azərbaycan Xəbərləri

Messi: “Birinci yeri tutmağa gücümüz yoxdur”

Messi: “Birinci yeri tutmağa gücümüz yoxdur”
4 dəfə Baxılıb
08 İyun 2019 - 23:06

1916-cı ildən keçirilən Amerika Kubokunda növbəti mübarizə iyunun 14-də başlayır. Argentina milli komandası favoritlərdən sayılır.
Bizimyol.info xəbər verir ki, dünya futbol ulduzu Lionel Messi belə düşünmür. “Barselona”nın argentinalı lideri komandasının çempionluq şansı olmadığını deyir. Messinin firkincə, Argentina millisi yenidənqurma dövrünü yaşayır, indi birinci yeri tutmağa gücümüz yoxdur.
Ümumiyyətlə, hiss olunur ki, dünya çempionatındakı zəif oyun argentinalıda inamsızlıq yaradıb. Messi özünün “Barselona” ilə Çempionlar Liqasındakı uğursuzluğa görə emosional vəziyyətinin yaxşı olmadığını gizlətmir. Dolayısıyla dünya ulduzu Argentina milli komandasını zirvəyə daşımağa özündə güc hiss etmir.
Amerika Kubokunda hər dəfə Cənubi Amerikanın 10 komandası ilə yanaşı, 2 qonaq kollektiv də mübarizəyə qoşulur. Bu dəfə Yaponiya və Qətərə dəvət göndərilib.
İndiyə qədər 8 komanda çempionluq sevinci yaşayıb. Cənubi Amerika millilərindən yalnız Venesuela və Ekvador birinci yeri tutmayıb. Uruqvay 15, Argentina 14, Braziliya 8 dəfə çempion olub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]