Ev İdman Eden Azar “Real Madrid”ə transfer olunub

Eden Azar “Real Madrid”ə transfer olunub

Baxış Sayı 3
0
Eden Azar “Real Madrid”ə transfer olunub
Eden Azar “Real Madrid”ə transfer olunub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar İspaniya “Real Madrid”inə transfer olub.
“Report”un “Kral klubu”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real Madrid”ə 100 milyon avroya başa gəldiyi yazılıb.
Azar 2018/2019-cu illər mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, “Çelsi”nin Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə “dubl” edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransa “Lill”ində başlayan Eden Azar 2012-ci ildə “Çelsi”yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin