Ev Cəmiyyət “Avtoritetlərlə bağlı xəbərlərə cəmiyyətdə maraq var” – Keçmiş polis rəisi

“Avtoritetlərlə bağlı xəbərlərə cəmiyyətdə maraq var” – Keçmiş polis rəisi

Baxış Sayı 24
0

“Azərbaycanda cinayət hadisələri tez-tez baş verir. Kriminal avtoritetlərin adı hallanan cinayətlər də onlardan biridir”.

Bunu Modern.az-a son zamanlar azərbaycanlı kriminal avtoritetlərlə bağlı cinayət hadisələrinin mediada tez-tez işıqlandırılmasından danışarkən keçmiş polis rəisi Mahmud Hacıyev söyləyib. O qeyd edib ki, insan faktoru varsa, cinayətin baş verməyi də normaldır:

“Avtoritetlərlə bağlı xəbərlərə cəmiyyətdə maraq var. Onların həyat tərzi, hansı işlərlə məşğul olması, hətta törətdiyi cinayətlər maraqla qarşılanır. Ona görə, media bu xəbərləri yayımlayaraq, “IP” toplamağa çalışır. Bu normaldır. Kriminal avtoritetlər anadangəlmə avtoritet olmurlar. Bir neçə dəfə həbsdə olan, məhkumlar arasında hörmət qazanmış şəxslər avtoritet kimi məşhurlaşırlar. Əslində onların mediada tez-tez adlarının çəkilməsinin, məşhurlaşmağının cəmiyyət üçün də heç bir ziyanı yoxdur. Hərə özünə bir peşə seçib, avtoritetlər də o yolu tutublar. Hər şey dünya görüşündən asılıdır. Cəmiyyətdə tək “qanuni oğru”lara, avtoritetlərə deyil, mənfi olan çox şeyə maraq var. İnsanlar bu barədə düşüncələrini sorğulaya bilmərik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin