Sizinxeber.az – Azərbaycan Xəbərləri

Qadın itirdiyi fotoaparatı axtarır: “Yaddaşında çılpaq şəkillərim var” – Foto

Qadın itirdiyi fotoaparatı axtarır: “Yaddaşında çılpaq şəkillərim var” – Foto
7 dəfə Baxılıb
06 İyun 2019 - 0:25

Şotlandiyaya səyahət edən fransız qadın fotoaparatını itirib. İndi əşyasını axtarır.
Burada təəccüblü heç nə yoxdur. Sadəcə, qadın etiraf edib ki, səyahətə gedərkən fotoaparatdakı çılpaq şəkillərini silməyi yaddan çıxarıb.
Bizimyol.info xəbər verir ki, fransız əşyanı Şotlandiyanın Skay adasında unudub. 26 yaşlı Lili Mika bədii fotoqrafiya ilə məşğuldur. Açıq-saçıq şəkillərinə görə də utanmır. Bircə onların itməsindən narahatdır. Deyir ki, qadınlar daha cəsarətli olmalıdır, istədiyini etməlidir.
Lili Mika© Lili Mika
Lili fotoaparatda babasının, sevgilisinin şəkilləri olduğunu bildirir. Bunlara görə də narahatlığını ifadə edir. Mika ümid edir ki, Skay adasının sakinləri onun əşyasını tapıb geri qaytaracaq.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]